Ana İstifadə Qaydaları
gavel

İstifadə Qaydaları

1. Ümumi Müddəalar

Bu İstifadə Qaydaları Forum Platforması (bundan sonra "Forum" adlandırılacaq) ilə istifadəçilər arasındakı münasibətləri tənzimləyir. Foruma qeydiyyatdan keçməklə və istifadə etməklə siz bu Qaydalarla razılaşırsınız.

2. Hesab və Qeydiyyat

Foruma qeydiyyatdan keçərkən:

  • Dəqiq və doğru məlumatlar verməlisiniz
  • Güclü parol istifadə etməlisiniz
  • Bir nəfər bir hesab istifadə edə bilər
  • Fake və ya bot hesablar qadağandır
  • Hesab məlumatlarınızı qorumalısınız

3. Forum Davranış Qaydaları

3.1. Ümuni Davranış

  • Digər istifadəçilərə hörmətlə yanaşın
  • Konstruktiv müzakirə aparın
  • Fərqli fikirlərə tolerant olun
  • Troll davranışlardan çəkinin

3.2. Qadağan Olunmuş Məzmun

Forumda aşağıdakılar qəti qadağandır:

  • Nifrət nitqi və təhqir
  • İrqçi, cinsi və ya dini ayrı-seçkilik
  • Şəxsi məlumatların icazəsiz paylaşılması (doxing)
  • Pornoqrafik və şok edici məzmun
  • Spam və reklam
  • Qanunsuz fəaliyyətə çağırış
  • Ziyanverici proqram və virus linkləri

4. Mövzu və Post Qaydaları

4.1. Mövzu Açarkən

  • Aydın və mənalı başlıq istifadə edin
  • Mövzunu doğru kateqoriyaya yerləşdirin
  • Axtarış edib, təkrar mövzu açmayın
  • Məzmunu ətraflı izah edin

4.2. Cavab Yazarkən

  • Mövzu ilə əlaqəli qalın
  • "+1", "tamam" kimi faydasız cavablardan çəkinin
  • Quote (sitata) yalnız lazım olduqda istifadə edin
  • BOYUK HƏRFLƏ YAZMAYIN (bu qışqırmaq deməkdir)

5. Əqli Mülkiyyət

Forumda paylaşılan məzmun:

  • İstifadəçi öhdəliyi ilə paylaşılır
  • Müəllif hüquqlarını pozmamalıdır
  • Kopyala-yapışdır məzmun qaynaq göstərilməlidir
  • Öz əməyiniz olmayan məzmunu özünüzün kimi təqdim etməyin

6. Moderasiya və Cəzalar

6.1. Moderatorların Səlahiyyəti

  • Məzmun redaktə etmək
  • Mövzu bağlamaq və ya silmək
  • İstifadəçi xəbərdarlığı vermək
  • Müvəqqəti və ya həmişəlik bloklamaq

6.2. Cəza Sistemi

Pozuntu 1-ci dəfə 2-ci dəfə 3-cü dəfə
Qayda pozuntusu Xəbərdarlıq 3 günlük blok 7 günlük blok
Spam Məzmun silinir 7 günlük blok 30 günlük blok
Təhqir/Nifrət nitqi 7 günlük blok 30 günlük blok Həmişəlik blok
Doxing/Zorakılıq Həmişəlik blok

7. Şikayət və Apellyasiya

Moderator qərarına etirazınız varsa:

  • contact səhifəsindən şikayət göndərin
  • Həmin moderatorla birbaşa mübahisə etməyin
  • Sakit və konstruktiv formada izah edin
  • Qərar adminlər tərəfindən yenidən baxılacaq

8. Qaydaların Dəyişdirilməsi

Forum bu Qaydaları istənilən vaxt dəyişdirmək hüququnu saxlayır. Dəyişikliklər barədə elan ediləcək.

9. Əlaqə

Qaydalarla bağlı suallarınız üçün contact səhifəsindən bizimlə əlaqə saxlaya bilərsiniz.

Son yenilənmə: 29.03.2026 16:12
arrow_back Ana səhifə